<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Vaxt azdır, günlər qısadır, Bəyin gəlişi yaxındır İL545</title>
<lyrics>[V1]
 Vaxt azdır, günlər qısadır, Bəyin gəlişi yaxındır,
 Gəlin böyük həsrətlə Bəyin yoluna baxır.

[C1]
   Gəlinin çırağı yanar olsun, gəlin libası qardan ağ olsun,
   Sevgisi, sədaqəti möhkəm, özü sarsılmaz olsun.

[V2]
 Bəyin addım səsləri hər gün yaxınlaşır,
 Gəlinin sevinci köksünə sığmayır.

[C2]
   Əziz Rəbbim gecikməyəcək, bulud üzərində enəcək,
   Böyük şadlıq, təntənə ilə gəlinini götürəcək.</lyrics>
<hymn_number>545</hymn_number>
</song>